Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.11.2019  11:20 

Qonşularına qənim kəsilən şəxs həbs edildi





A+  A-

Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər fərdi yaşayış evlərindən oğurluq edilməsi barədə məlumat veriblər. Daxil olmuş müraciətlər əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun bir neçə gün öncə daha 3 qonşusunun evindən oğurluq etdiyi məlum olub. Qeyd edək ki, saxlanılan şəxs mənzillərdən əsasən məişət əşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb.

A.Həsənovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq Polis Şöbəsinə dəvət edilib. Polislər tərəfindən onlarla profilaktik söhbətlər aparılaraq xəbərdarlıq ediliblər. Həmin əşyalar isə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalar aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir .

Xəbər 1705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +