Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


12.11.2020  14:54 

“Şuşa Polis Şöbəsi hələ köçürülməyib” - DİN





A+  A-

Daxili İşlər Nazirliyi Şuşa rayon polis şöbəsinin işğaldan azad edilən Şuşa şəhərinə köçürülməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
DIN-in Mətbuat Xidmətindən XəzərNews.az-a bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonların polis şöbə rəisləri həmin rayonlar üzrə müvəqqəti komendant təyin ediliblər. Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər. Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi prosesinə başlanılıb.

Lakin Şuşa rayon polis şöbəsi hazırda Tərtər rayonunda fəaliyyətini davam etdirir və Şuşa şəhərinə köçürülməyib. Fərmana uyğun olaraq polis şöbələri işğaldan azad edilən rayonlara köçürüləcək.



Xəbər 1945 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +