Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


30.06.2019  14:27 

Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.
Departamentdən XəzərNews.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ağdamda 23, Şahdağda, Daşkəsəndə 22, Xaltanda, Gədəbəydə 19, Zərdabda 16, Tərtərdə, Kişçayda 14, Göygöldə 13, Göyçayda, Şəmkirdə 12, Oğuzda 10, Altıağac, Quba, Şabran, Gəncədə 9, Naftalanda 8, Qusar, Kürdəmir, Tovuzda 7, Yevlax, İsmayıllıda 6, Bərdədə 5, Şəki, Mərəzə, Qəbələdə 4, Balakən, Ağdərədə 3, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2, Şamaxı, Mingəçevirdə 1 millimetr olub.

Ölkə ərazisində qərb küləyi əsib, arabir Naftalanda 32, Mingəçevirdə 28, Gəncədə 24, Bərdə və Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda saniyədə 19-28 metrədək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə enib.

Xəbər 1394 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +