Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.06.2017  10:43 

“Əfqanı nəinki Avropada, heç Azərbaycanda da jurnalist kimi tanımırlar”





A+  A-

Avropa Parlamentinin Əfqan Muxtarlının işi üzrə qətnamə qəbul etməsi Bakı ilə Brüsselin çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirə bilər.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib:

"Avropa Parlamentindən olan həmkarlarımız növbəti dəfə tələskənlik edərək məsələnin mahiyyətini araşdırmadan guya Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə heç bir məna kəsb etməyən “The case of Afgan Mukhtarli and the situation of media in Azerbaijan” adlı qətnamə qəbul ediblər. Həbs edilməsi bu qətnamənin qəbul edilməsinə bəhanə olmuş Əfqan Muxtarlını nəinki Avropada, heç Azərbaycanda da jurnalist kimi tanımırlar. Mən onun bircə sətir də yazısını görməmişəm, çünki belə sətirlər yoxdur. Əfqan Muxtarlının fotomüxbir kimi də nə vaxtsa yalnız adı olub".

R.Musabəyov əlavə edib ki, Ə.Muxtarlının Tbilisidə guya beynəlxalq hüquq normaları pozulmaqla oğurlanması barədə yalnız qalmaqallarda maraqlı olan müxalifət dairələrində danışırlar, Gürcüstanın rəsmi hakimiyyət orqanları isə bu hadisəni heç bir şəkildə şərh etmir:

"Belə vəziyyətdə işə məhkəmədə obyektiv şəkildə baxılmasına az köməyi dəyə biləcək, amma əvəzində Bakı ilə Brüsselin bu cür çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək və ağırlaşdıracaq qətnamə qəbul etməyə dəyərdimi? Avropa parlamentariləri Avropa İttifaqı ilə Azərbaycan arasında sazişə dair danışıqlar aparılmasını xatırladırlar. Bu xatırlatmanı onların özlərinə qaytarmaq olar, çünki Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə Brüsseldən daim maliyyə yardımı və başqa şəkildə kömək istəyən digər tərəfdaşlarından fərqli olaraq, Azərbaycan Aİ ilə münasibətləri qarşılıqlı faydalı xarakter daşıyan tərəfdaşdır".

Xəbər 1489 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +