Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...
Deputat 7 il azadlıqdan məhrum edildi


03.12.2019  11:09 

Bakıda bu marşrutda gediş haqqı artdı





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.

Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:

"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.

Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".

Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.

Xəbər 1842 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +