Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


11.09.2017  09:28 

Dərsliklər niyə pulla satılır?





A+  A-

Təhsil Nazirliyi (TN) orta məktəblərdə dərslik çatışmazlığının olması, bəzi məktəblərdə dərsliklərin şagirdlərin öz vəsaitləri hesabına alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üçün şagirdlərin dərsliklərlə təminatının təşkili üçün bu ilin may ayınadək respublikanın dövlət ümumtəhsil məktəblərinin şagird kontingenti və məktəblərin kitabxanalarında mövcud olan istifadəyə yararlı dərsliklərin sayı dəqiqləşdirilib. Nəticədə yeni tədris ilinə dərsliklərə olan tələbat müəyyənləşdirilib və ona müvafiq olaraq dərsliklərin bölgüsü hazırlanıb. 241 adda 4563416 nüsxə IV, VI, VIII və X siniflər üçün dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Nazirlikdən əlavə edilib ki, təhsil nazirinin 04.08.2017-ci il tarixli, 244 nömrəli əmri ilə aidiyyatı tabe qurumlara həmin dərslik və müəllimlər üçün metodik vəsaitlərin yerlərə vaxtında çatdırılması, yarana biləcək problemlərin effektiv həlli üçün müvafiq işlərin görülməsi tapşırılıb. Eləcə də, TN tərəfindən valideynlərə mətbuat vasitəsilə dərsliklərin sentyabrın 8-dək məktəblərdən götürmələri barədə müraciət ünvanlanıb.

Konkret dərslik çatışmazlığının olub-olmamasına gəldikdə, TN-dən qeyd edilib ki, yeni dərsliklər mövcud tələbata uyğun olaraq çap edilib. Əvvəlki illərdə çap olunan dərsliklər isə məktəb kitabxanalarında kifayət qədər mövcuddur və hazırda onlar məktəblərdə şagirdlərə paylanılmaqdadır:

“Dərslik çatışmazlığı yalnız hər hansı ərazidə miqrasiya nəticəsində şagird sayının dəyişməsindən yarana bilər. Həmin problemin də vaxtında, tədris ilinin başlanmasından əvvəl həlli üçün miqrasiya etmiş hər bir şagirdə ona aid olan dərsliklərin gətirilməsi üçün yeni gedəcəyi məktəbə təcili olaraq müraciət etməsi tövsiyə edilib. Əgər problem yaranarsa, aidiyyatı qurumlara problemin həlli üçün müvafiq tədbir görmələri tapşırılıb”.

TN-dən bəzi məktəblərdə çatışmayan dərsliklərin şagirdlərin öz maliyyə vəsaiti hesabına almalı olması barədə valideynlərin söylədiyi iddialara da münasibət bildirilib. Nazirlik qeyd edir ki, respublikanın dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün dərsliklər dövlətin ayırdığı vəsait hesabına çap edilir və şagirdlərə pulsuz verilir. Hazırda ümumi təhsil müəssisələrində kifayət qədər dərslik var və bu məsələdə hər hansı çatışmazlıq barədə nazirliyə məlumat daxil olmayıb.

Xəbər 1195 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +