Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...


10.09.2017  13:06 

Xızıda 24 ədəd partlamamış hərbi sursat tapılıb





A+  A-

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan XəzərNews.az-a daxil olan xəbərə görə, sentyabrın 9-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay, Giləzi qəsəbəsi su arxının kənarına və həyətyanı sahəsi, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 24 ədəd partlamamış hərbi sursat (PHS), 41 ədəd partlamış-yanmış mərmi qalıqları və 6 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 3 249 382 kv.m (324.94 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 14 gün ərzində 12 ev, 43 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 18 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilib, 4 005 ədəd partlamamış hərbi sursat (PHS), 2 798 ədəd partlamış-yanmış sursat qalıqları və 2 377 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 26 567 966 kv.m (2 656.80 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 1384 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +