Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


17.03.2024  00:11 

Canni İnfantinonun maaşı məlum olub





A+  A-

FİFA prezidenti Canni İnfantinonun maaşı məlum olub.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Rob Harris sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, isveçrəli funksioner 2023-cü ildə yenidən rəhbər seçildikdən sonra məvacibi artırılıb. Onun əvvəlki dönəmdə 1,7 milyon funt sterlinq (1,99 milyon avro) olan maaşı (2022) 33% artırılaraq, 2,3 milyon funt-sterlinqə (2,69 milyon avro) çatıb.

İnfantino həmçinin qadınlar arasında Dünya Kubokuna görə 1,65 milyon funt sterlinq (1,93 milyon avro) bonus alıb. Baş direktorun ötən il futboldakı ümumi gəliri 4,21 milyon avro olub.

Qeyd edək ki, FİFA prezidentinin maaşını üç nəfərdən ibarət komitə müəyyənləşdirir.

Müddətinin sonuna qədər (2027) isveçrəliyə 2,69 milyon avro baza maaşı təmin ediləcək. Bonuslar FİFA-nın himayəsi altında davam edən turnirlərdən asılı olacaq.//Publika.az


Xəbər 3816 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +