İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


24.11.2023  01:00 

Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur -Azər Axşam





A+  A-

"Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda "Hini olmayan toyuqlar var, harada yumurtlayım" deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam "Gül kimi şou"da deyib. O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:

"Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur".

İsmayil
XəzərNews.az



Xəbər 1189 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +