Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


16.11.2023  15:54 

Şarl de Qollun nəvəsi Rusiya vətəndaşlığı alır - Foto





A+  A-

Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığı almaq imkanını nəzərdən keçirir.

Xəzərnews.az xəbər verir ki, o, bu barədə noyabrın 16-18-də Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlər Forumu zamanı TASS-a bildirib.

“Bəli, məhz belədir”- deyə de Qoll müvafiq suala cavab verərək “Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım. Ölkəniz böyük imkanlar təqdim edir. Mən sizin dərin və güclü mədəniyyətinizi, intellektinizi və rus ruhunuzu sevirəm”, - deyə bildirib.

Xatırladaq ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu - Birləşmiş Mədəniyyətlər Forumu üç illik fasilədən sonra bu il noyabrın 16-dan 18-dək keçirilir. Rusiya Federasiyası hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq hökuməti tərəfindən təşkil olunan tədbir dünya səviyyəli tədbir kimi tanınır. Burada hər il dünyanın hər yerindən mədəniyyət sahəsində minlərlə mütəxəssis: görkəmli teatr, opera və balet xadimləri, rejissorlar və musiqiçilər, ictimai xadimlər, hökumət və biznes nümayəndələri, akademik ictimaiyyət iştirak edir.



Xəbər 927 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +