Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


19.05.2017  10:57 

İlham Əliyev o sənədi Milli Məclisə göndərdi





A+  A-

Prezident İlham Əliyev tərəfindən “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirə edilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi ratifikasiya edilməsi üçün Milli Məclisə göndərilib.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat konvensiyanın təsdiq edilməsi üçün Azərbaycan tərəfinin xüsusi şərtlərinin olduğunu bildirib.

“Bu çox düzgün addımdır. Çünki biz bu konvensiyanı tam həcmdə qəbul edə bilmərik. Amma çox düzgün olaraq Azərbaycan Respublikası sənəddə bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Dağlıq Qarabağ və ona bitişik 7 rayonda) konvensiyanın müddəalarının həyata keçirilməsinə, həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil”.

T. Kərimli qeyd edib ki, konvensiyaya Azərbaycanın işğal olunmuş ərazilərinin sxematik xəritəsi də əlavə olunub.

“Xarici İşlər Nazirliyi bu sənədi göndərən zaman bildirirmişdim ki, 1923-1991-ci illərdə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsi və toponomiyasını işğalçılar erməni dilində verib. Mənə elə gəlir ki, onların cavabını verməliyik. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib və adlar da dəyişib. Heç olmasa bunun indiki qarşılığı verilməlidir ki, keçmişə aid olduğu bilindiyi kimi, bu günə aid olması da bilinsin. Çünki beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan tərəfi Konstitutsiyasında bu cür dəyişiklikləri edib”.

(modern.az)

Xəbər 1937 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +