Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


14.02.2023  19:55 

Elşad İbrahimov icraçı direktor oldu





A+  A-

Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.

XəzərNews.az xəbər verir ki, konfransa qonaq qismində Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və qurumun digər məsul şəxsləri qatılıb.

Hesabat seçki konfransında Ukrayna Azərbaycanlıları Radasının icraçı direktorunun ötən dövr ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının idarə heyətinin müxtəlif regionlarda fəaliyyət göstərən nümayəndələri Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib

Konfransda səlahiyyət müddəti bitən icraçı direktor və aparat rəhbəri vəzifələrinə yeni seçkilər kecirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov Ukrayna Azərbaycanlıları Radasının yeni icraçı direktoru, Sərxan Vidadiyev isə Radanın Aparat rəhbəri vəzifəsinə seçilib.

Daha sonra cari məsələlər müzakirə olunub.

Diaspor fəallarının müharibə şəraitində olan Ukraynanın ictimai-siyasi həyatında fəal olmaları tövsiyə olunub.

Xəbər 2263 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +