“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


02.12.2022  10:30 

Bayden Putinlə görüşə hazırdır





A+  A-

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaqda maraqlı olduğunu bildirəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu qeyd edib.

XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynada müharibəyə son qoymağın yalnız bir rasional yolu var - oranı tərk etmək.

“Ancaq görünür, o (Putin) bunu etməyəcək. Uşaq bağçalarını, xəstəxanaları, uşaq evlərini bombalayır”, - deyən Bayden Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.

Bayden əlavə edib ki, o, Putinlə yaxın vaxtlarda əlaqə saxlamağı planlaşdırmır, lakin o, Rusiya lideri ilə danışığa hazırdır:

“Əgər belədirsə, o zaman fransız və NATO-dakı dostlarımla məsləhətləşdikdən sonra Putinlə görüşməkdən məmnun olaram ki, onun nə istədiyini öyrənim. Biz Ukrayna xalqını dəstəkləməliyik”.

Hacı
XəzərNews.az


Xəbər 920 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +