Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


17.05.2023  09:31 

“Gənclərin Dostu” Milli Mükafatı təqdim olunub - FOTO





A+  A-

“Pullman Hotel”də Azərbaycan Respublikası Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gənclərin Dostu" Milli Mükafatının təqdimat mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, həkimlər, media nümayəndələri, gənc iş adamlar və fəallar iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən Gənclər Mərkəzi İctimai Birliyinin koordinatoru Anar Sarıyev bildirib ki, artıq on dördüncü ildir ki, “Gənclərin Dostu” Milli Mükafatı öz sahiblərinə təqdim edilir.

A. Sarıyev vurğulayıb ki, Azərbaycanın gənclər siyasəti dünyada örnək və uğurlu model kimi qəbul olunur. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var: "Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını artırmaq, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir."

Anar Sarıyev qeyd edib ki, həyata keçirilən uğurlu siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

Bu gün Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, respublikamızın xaricində də ölkəmizi layiqincə təmsil edirlər. İldən-ilə artan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənc olmaqla yanaşı, həm də gənclər ölkəsidir.

Çıxışlardan sonra “Gənclərin Dostu” Milli Mükafatı öz sahiblərinə təqdim olunub.

Qeyd edək ki, “Gənclərin Dostu” Milli Mükafatı bir qrup deputata, gənc fəallara, ictimaiyyət xadimlərinə, həmçinin bir sıra media nümayəndələrinə təqdim edilib.





Xəbər 1019 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +