Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


08.02.2018  21:43 

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib





A+  A-

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və Humanitar Elmlər Bölməsi hesabat verib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, filologiya üzrə elmlər doktoru İdris Abbasovun "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi" əsəri bölmə üzrə mühüm elmi nəticə kimi akademiyanın illik hesabatına daxil edilib.

Xatırladaq ki, professor İdris Abbasovun Azərbaycan diliçiliyinin, ümumən Tükologiyanın şah əsərini 178 ildən sonra müfəssəl tədqiq və şərhlərlə Azərbaycan dilində təqdim etməsi əsl fədakarlıq nümunəsi, elmin və mədəniyyətin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri “Zərdabi LTD MMC” nəşriyyatında işıq üzü görmüşdür.

Üç hissə və 22 fəsildən ibarət bu nəhəng işin önəmi tədqiqtçı-alimin orijinal mətnin tərcüməsi ilə yanaşı kitaba öz çoxşaxəli tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə İdris Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edib elmi miqyasına görə sanballı və orijinal bir əsər ortaya qoymuşdur. Kitabın məsləhətçisi mərhum dilçi-alim, akademik Tofiq Hacıyev, elmi redaktoru və ön sözün müəllifi əməkdar elm xadimi, akademik Nizami Cəfərovdur.

Müəllifin şəxsi vəsaiti hesabına yalnız 100 ədəd çap etdirə bildiyi 1007 səhifəlik dərin elmi-tədqiqat məzmunlu möhtəşəm dil abidəsinə nəinki ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda böyük tələbat vardır.



Xəbər 2234 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +