Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


27.12.2018  11:21 

“Valideynlər o məktəblərə qızlarını necə göndərsin?“ - Millət vəkili





A+  A-

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə deyirdi ki, millətin gələcəyi anaların əlindədir. Yeni nəsli tərbiyə edən, yetişdirən analardır. Bu gün məktəbdə parta arxasında əyləşən qızlarımız gələcəyin anasıdır. Ali təhsil alıb-almamalarından asılı olmayaraq, qızların orta məktəb təhsilinə kütləvi şəkildə cəlb edilməsi zəruridir.
XəzərNews.az-ın xəbərinə görə, bu fikirləri Teleqraf.com-a tanınmış professor, millət vəkili Musa Qasımlı millət vəkili Qüdrət Həsənquliyevin qız uşaqlarının təhsildən yayındırılması haqda müraciətinə münasibət bildirərkən deyib.

Musa Qasımlı qeyd edib ki, Azərbaycanın ən ucqar dağ kəndlərində müasir məktəblər avadanlıqları ilə birlikdə istifadəyə verilib:

“Biz tariximiz boyu belə məktəblər görməmişik. Qızların məktəbə cəlb edilməsi üçün fikrimcə, bir sıra amillər, şərtlər yerinə yetirilməlidir. Bir yerdə ki, məktəb direktoru iş yerində olmur, həmin məktəbə valideyn öz qızını necə göndərə bilər? Bir halda ki, məktəb direktorlarının müavinləri yerlərində olmur, valideynlər məktəbə qız övladlarını necə göndərsin?

Mən hesab edirəm ki, təhsilimizdə, məktəblərdə ciddi şəkildə kadr məsələsinə baxılmalıdır. Məktəbdə direktor, direktor müavini və müəllim öz peşəsini sevən şəxs olmalı, valideynlərlə daima ünsiyyət saxlamalıdır. Ümumiyyətlə, valideyn-məktəb münasibətləri gücləndirilməlidir.

Digər bir tərəf isə təbliğatın aparılması ilə bağlıdır. Mən bu məsələnin zona və bölgələrə ayrılmasının tərəfdarı deyiləm. Çünki son illərdə Yardımlı rayonundan ali məktəblərə daxil olanlar arasında qız uşaqlarının sayı xeyli artıb. Mənim qəti fikrim belədir ki, hər bir valideyn öz qız övladına yaxşı təhsil vermilməlisənə çalışmalıdır. Qızların təhsil alması çox vacibdir”.

Qız uşaqlarının təhsildən yayındırılmasında dini faktorun rolu haqqında danışan deputat hesab edir ki, üstün yeri təhsil şöbələri və məktəblər oynamalıdır.

Xatırladaq ki, ötən gün millət vəkili Qüdrət Həsənquliyev Şeyxülislam Hacı Allahşükür Paşazadə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya müraciət edib.

Deputat qız uşaqlarının təhsildən yayındırılması haqda son məlumatlardan təəssüf hissi keçirdiyini qeyd edərək bu qurumların qaldırdığı problemlə bağlı addımlar atacağına ümid etdiyini ifadə edib.

Xəbər 1722 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +