Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


18.12.2018  13:53 

“O xanımın cavabını xalq verdi”





A+  A-

Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlər müzakirə edilib.
XəzərNews.az xəbər verir ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli gənc xanımın fikirləri ilə bağlı sərt çıxış ediblər. Deputatlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.

F.Ağamalı qeyd edib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: “Bu həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

Fəzail İbrahimli isə vurğulayıb ki, Mübariz İbrahimovun qohumları və ailəsi onun seçildiyi dairədə yaşayırlar:

"Bu məsələni gündəmə gətirməyəcəkdim. Çünki parlamentdə müzakirə olunmağa layiq deyil. Ancaq deputat kimi borcumdur ki, münasibət bildirim. Burada genetik kodlar rol oynayır. O öz dayılarını müdafiə edir. İkincisi də onun özünün psixoloqa ehtiyacı var”.

Spiker Oqtay Əsədov isə deputatlara belə cavab verib.

Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: “İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”.

Xəbər 1398 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +