Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


11.10.2018  12:52 

Girovlardan daha məktub gəlmir - Ailələri NARAHATDIR





A+  A-

“İki aydan çoxdur ki, Şahbazdan məktub almırıq”.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxınları sonuncu dəfə iyulun 29-u girova məktub yazıblar:

“Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng etdim ki, iki aydır qardaşıma yazdığımız məktuba cavab almırıq. Komitə səbəbini izah edə bilmədi və bir xəbər olsa, sizə bildirəcəyik, dedilər. Avqust ayında BQXK əməkdaşları girovlara baş çəkiblər. Amma bizə heç bir məktub, məlumat çatdırılmayıb”.

İradə Quliyeva girovlara məktub yazmağa imkan yaradılmadığı barədə iddialara da münasibət bildirib. Girovun bacısı bunu inandırıcı hesab etmir:

“Şahbaz vaxtaşırı bizə yazırdı, durumundan, halından xəbər verirdi. Çox müəmmalıdır ki, iki aydır məktubumuza cavab yoxdur. Ümid edirəm ki, heç olmasa bizim son yazdığımız məktub ona çatıb”.

İşğal olunmuş ərazilərimizdə girov saxlanan digər həmvətənimiz Dilqəm Əsgərovun ailəsi isə 2017-ci ilin noyabrından bu günə qədər girovdan məktub almır. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, dəfələrlə BQXK əməkdaşlarına bu barədə müraciət edib:

“Onlar isə sadəcə atamın məktub yazmaq istəmədiyini əsas gətirirlər. Təbii ki, buna inanmıram. Necə olur ki, atam 11 aydır məktub yazmaq istəməsin? Düşünürəm ki, Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir”.

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 2048 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +