Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


30.08.2018  09:43 

“Şərəfsizlərə niyə səsinizi qaldırmadınız?” - Vüqar Həşimovun anası





A+  A-

Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, Həşimova müraciətində bunları deyib:

“Mənim gücüm sonsuz deyil” deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi? Vüqar dünya şahmat reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını şərəflə yüksəldəndə Azərbaycan xalqı harada idi? Öz gücü və bacarığı ilə, halal zəhməti və əziyyəti ilə həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq “Mən azərbaycanlıyam” deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harada idi? Haqsız şər və böhtanlar, haqsız iftiralarla “Vüqar ulduz xəstəliyinə” tutulub deyən şərəfsizlərə niyə səsinizi qaldırmadınız?

Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar təkbaşına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər, öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiniz? 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 il də ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər öz cəzalarını alacaqlarmı? O dünyada yox – bu dünyada”.

Xəbər 2169 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +