Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


22.06.2022  10:45 

Bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır - Aqil Abbas





A+  A-

Bu gün səhər eşitmişəm ki, millət vəkillərinin maaşı artıb. Zəng vurmuşdular ki, xəbəriniz varmı maaşlarınızı artıblar. Təbii ki, ölkəmizdə zaman-zaman maaşlar artırılır, hakimlərin, həkimlərin, digər dövlət qulluçularını da maaşlarının artdığını görmüşük. Deputatların məvacibləri müəyyən şəxslərin maaşları ilə bir səviyyədə tutulur. Amma nədənsə heç kəsin artan maaşı gözə dəymir, bədbəxt oğlu deputatın maaşı hamının gözünə batır.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Teleqraf.com-a deputatların maaşlarının artımını şərh edərkən deyib:

"Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki... Artıb-artıb da... Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər".

Aqil Abbas Konstitusiya Məhkəməsinin, rayon məhkəmələri hakimlərinin, ombudsmanın da maaşının artdığını xatırladıb: "Onlar barədə bir söz deyən yoxdur. Ancaq söyülmək üçün elə deputatları nişan verirlər. Qoy söysünlər, neyləyək?

O gün eşitdim Xeyrəddin Qoca deyib ki, deputatlar restoran biznesi ilə məşğul olur. Bəlkə hansı deputatınsa restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub? Özündən bunu da soruşmaq lazımdır".

Xəbər 1588 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +