Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


16.06.2022  13:43 

“Zəngəzur dəhlizi də artıq açılmalıdı” - Binəli Yıldırım





A+  A-

“Zəngəzur dəhlizi də artıq açılmalıdır. Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha səmərəli bərpası, ticarət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım bildirib.

Türkiyənin sabiq Baş naziri qeyd edib ki, 26 il müddətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib.

“Beynəlxalq təşkilatlarda islahatların aparılması zərurətə çevrilib. Biz qırx ildir terrorla mübarizə aparan və şəhidlər verən ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq”, - deyə Binəli Yıldırım vurğulayıb

Xəbər 1643 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +