Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.10.2018  16:34 

15 sığortaçının lisenziyası ləğv edildi





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib.
Palatadan XəzərNews.az-a verilən məlumata görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılmışdı. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib.

Xəbər 1944 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +