Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


25.04.2017  10:34 

Neftin qiyməti ilə bağlı yeni xəbərlər





A+  A-

Neft qiymətləri rəsmi neftbaza məlumatları öncəsi yüksəlib.
XəzərNews.az "Marja"ya istinadən xəbər verir ki, Nyu-Yorkda neft qiymətləri əvvəlki altı seansda 7.4% düşdükdən sonra 0.7 faizə qədər yüksəlib. Enerji İnformasiya İdarəsinin çərşənbə günü açıqlayacağı neft ehtiyatları göstəricisinin və Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə ötən həftə neftin 1.95 milyon barrel azalması gözlənilir.

Üstəlik Rusiyanın energetika naziri Aleksandr Novak bu həftə OPEC ilə hasilatın azaldılması müqaviləsinin iyun ayından sonraya uzadılması məsələsini müzakirə etməmişdən əvvəl ölkədəki neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini bildirib. OPEC üzvləri iyun ayında sona çatacaq hasilatın azaldılması müqaviləsinin ilin ikinci yarısına uzadılmasını qiymətləndirərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırmaqda davam edirlər.

Bir sıra analitiklər bildirirlər ki, əgər OPEC müqaviləni ilin ikinci yarısına uzadarsa və ABŞ-da neft hasilatı azalmağa başlasa, bazarın bu il yenidən tarazlıq tapması mümkündür.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 32 sent və ya təxminən 0,7% bahalaşaraq bareli 49.55 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 31 sent və ya 0.6 faiz bahalaşaraq bareli 51.91 dollara qədər çıxıb.

Xəbər 1657 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +