Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.12.2022  17:05 

“Onlar Naxçıvandan seçilən deputatlardır və...”





A+  A-

Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzovun Naxçıvan barəsindəki fikirləri geniş rezonans doğurub.

Belə ki, millət vəkili Naxçıvanda baş verən hadisələrə münasibət bildirən bir sıra həmkarlarına “yuyulmamış çömçə kimi ortaya atılırlar” ifadəsini işlədərək onların ermənilər tərəfindən öyrədildiyini dilə gətirib. Bildirək ki, Naxçıvan haqda açıqlamalar verən deputatlardan biri də Vahid Əhmədovdur.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Vahid Əhmədov deyib ki, hər deputatın öz fikri var, o fikirlərə həmişə hörmətlə yanaşır:

“İndi də hörmətlə yanaşıram. Bu, onun fikridir və o, belə fikirləşir. Burada qeyri-adi bir şey yoxdur axı? İstənilən vətəndaş, istənilən fikri söyləyə bilər. Demokratik bir ölkədə yaşayırıq. Mən belə başa düşürəm ki, bu, onun öz fikridir. Hər bir insan fikrini bildirə bilər, o da millət vəkilidir, hörmətim var fikirlərinə və buna müdaxilə etməyə də ehtiyac yoxdur”.

Naxçıvandan olan deputatların səssizliyinə toxunan müsahibimiz yekunda belə deyib: “Onlar Naxçıvandan seçilən deputatlardır və özlərini bu məsələdə belə aparmaları, məncə, normaldır”.

Xəbər 981 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +