Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.06.2022  10:20 

Nişanlı cütlüyün ölümü ilə bağlı cinayət işi açılıb





A+  A-

İyunun 12-si gecə saatlarında Şəkidə toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və iyunun 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

XəzərNews.az xəbər verir ki, baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in İnstintaq və Təhqiqat Baş İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı. Onlar Balakənin Qullar kəndində yanaşı dəfn ediliblər.

Nişanlısından 3 gün sonra vəfat edən Günel Göyüşova AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun əməkdaşı olub. O, həmin institutun 12 saylı şöbəsində mütəxəssis vəzifəsində çalışırmış.

Xəbər 1503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +