Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


03.04.2025  15:20 

Binanın həyətində restoran tikdilər - VİDEO





A+  A-

Yasamal rayonu, Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən ikimərtəbəli “Zəfəran-Otdıx” restoranı onların həyatını kabusuna çevrilib. Restoran həm də PUB kimi fəaliyyət göstərdiyindən axşam saatlarında əyləncə məclisləri start götürür, musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinlər rahat yaşaya bilmirlər. Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə “Sitat.info”ya danışan sakinlər qeyd ediblər ki, məhəllədə bu obyekt tikilən zaman onları aldadıblar:

“Buranın restoran olacağı bizə demədilər. Etirazlar olmasın deyə, bank kimi fəaliyyət göstərəcəyini deyib bizi aldatdılar. Sonradan restoran kimi fəaliyyətə başladı. Təsəvvür edin ki, evdə ağız deyəni qulaq eşitmir. Neçə dəfə özlərinə də demişik, polisə müraciət etmişik. Həmin vaxt bura “Kabab House” idi, polislər gələndən sonra yığışdırdılar. Sonra “Zəfəran”nın köhnə sahibləri qayıtdı, indi “Zəfəran Otdıx” adı altında fəaliyyət göstərirlər. Yenə eyni hal baş verir. Təkcə musiqinin yüksək səslə verilməsi deyil, restoranın kabinetlərində gecıyarısına kimi içki məclisləri davam edir, yeyib-içirlər, yüksək səslə danışıb-gülürlər, evdə uşaqlar, xəstələr yata bilmir. Üstəgəl restoranın ikinci mərtəbəsindən düz evimizin içərisi görünür, pəncərəni aça bilmirik. Bu qədər özbaşınalıq olmaz…”.

Qeyd edək ki, problem təkcə yaşayış binasının həyətində PUB-un fəaliyyət göstərməsinin mental dəyərlərimizə zidd olması və ya yüksək səslə verilən musiqinin insanların rahatlığını pozması deyil. Burada həm də tikinti normaları pozulub. Restoranın bir neçə binanın məhəlləsini zəbt edib, insanların istirahət hüququnu əlindən alıb. Eləcə də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Məsafə o qədər yaxındır ki, restoranda baş verə biləcək yanğın bütün bu binaları, yüzlərlə ailəni təhlükə altında qoyur. Eyni zamanda yanğınsöndürən maşınların həyətə girişi üçün də problem yaradır.

Hazırki vəziyyəti təqdim etdiyimiz videodan da izləyə bilərsiniz.



Xəbər 1832 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +