10.04.2025 12:34
İrandan Trampa: “İstəyirsən sənin üçün xristian olum”
“Dünən İran və Ermənistan mətbuatı İran-Ermənistan sərhədində xüsusi təyinatlı qüvvələrin birgə hərbi təlimi barədə məlumat yaydılar. Əslində Ermənistan üçün hazırda ciddi hərbi təhlükə yoxdur, əksinə, indiki daxili vəziyyəti idarə etmək və Qərblə azalan əlaqələrini gücləndirmək üçün Paşinyana hərbi əməliyyatlar lazımdır. Uydurulmuş hərbi təhlükə ehtimalı yalnız Azərbaycan Respublikasının adı hallanır və hərbi əməliyyata da cəhdlərin Ermənistan tərəfindən edildiyi də göz qabağındadır”.
Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu deyib.
O, bildirib ki, hərbi əməliyyatların İran konteksti də var:
“Ola bilər İran ABŞ-la müharibəni yubatmaqdan ötrü regionda kiçik müharibə törətsin. İranın Ermənistana dəstək üzərindən Azərbaycana qarşı müharibəsinin mahiyyətini Tramp analiz edənə qədər İran müəyyən qədər vaxt udur. Bu çox sadə məntiqdir. Ermənistan və ya Azərbaycandan İranın hərbi əməliyyat nəticəsində torpaq işğal etməsi də İranın daxili vəziyyəti üçün sabitləşdirici rol oynaya bilər. Sülh müqaviləsinin mətninin Azərbaycan üçün sürpriz variantda hazırlanması da İranla Ermənistanın hərbi eskalasiya yaratmaq istiqamətində növbəti planlarından biridir”./b>
M.Əhmədoğlu bildirib ki, SEPAH-ın Ermənistan üzərindən ABŞ-la əlaqələri gizli deyil:
“SEPAH rəhbərliyi (tək) varidatını və ailə üzvlərini ABŞ-da yerləşdiriblər, siyasi-diplomatik əlaqələr mövcuddur. O əlaqələr İranda SEPAH-ı sonda hakimiyyətə gətirən münasibətlər sistemidir. Bu niyyətlə martın birinci on günlüyündə İran tərəfi “qədim xristian dövlətinin İranın himayəsi altında olacağı” tezisini dövriyyəyə buraxdı. Ermənistan qədim xristian dövlətidir, ona təhlükə var. Ermənistanın bir qonşusu xristian Gürcüstandır, digər qonşusu Türkiyədir. Qərb hər mövzuda Türkiyəyə irad bildirsə də Türkiyənin anti-xristian siyasət apardığına dair bir dəfə də olsun heç bir hesabat və yaxud məlumat yaymayıb. Üçüncü qonşusu İrandır, hətta özünü xristian himayədarı kimi təqdim edir. Qalır dördüncü qonşusu Azərbaycan. İran Ermənistanı müdafiə etmək üçün Azərbaycana hücum etməlidir”.
Politoloq qeyd edib ki, Azərbaycanın sovet dövründə çəkilən filmləri indi İranda müzakirə olunur:
“Xüsusi veriliş açıblar. Çox gözəl film fondumuz var və o filmlərin birində bazarkom müəlliməyə yaxınlaşır və “istəyirsən sənin üçün lap texnikuma girim” deyir. İndi İranın davranışını o epizod çox gözəl xarakterizə edir. İran D.Trampa deyir ki, “istəyirsən sənin üçün lap xristian olum”, yəni xristian Ermənistanı müdafiə edim. İranda unudurlar ki, həm 44 günlük müharibə, həm də Qarabağ üzərində suverenliyimizin bərpası zamanı qurulmuş bütün mexanizmlər yerindədir. Azərbaycanın hazırda ən intensiv əlaqədə olduğu iki dövlət var. Əlbəttə, Avrokomissiya, Avropa İttifaqının ayrı-ayrı dövlətləri, ABŞ, Çin ilə əlaqələrimizdə yeni dinamika var. Bunları da deyirəm, İrandakılar eşitsin, bilsin: Azərbaycanın Türkiyə və Pakistanla olan əlaqələri normallıqdan daha aktiv intensivlikdədir. Bəlkə Azərbaycan da Pakistan-İran sərhədində Pakistanla birlikdə hərbi təlim keçirsin?! İrana birinci növbədə ağıl, savad lazımdır. Ağıl, savad ona görə lazımdır ki, Allahı dərk etsin. İrana lazım olan şeylərdən biri bizdə bir qrup azərbaycanlıya rəhm etmələridir. Onları HƏMAS-a çevirmək olmaz”.
Xəbər 1065 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|