Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


04.04.2025  17:46 

“Şah“ otelin sahibi qolbaqda gəzəcək





A+  A-

Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən "Şah" adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, qumar oyunun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orda ofisant kimi çalışan 1998-ci il Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıb. Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayyət işinə məhkəmədə baxılıb.

Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub.

Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təçkil etiklərini deyiblər.

"Namiq hər dəfə bizə deyirdi ki, onun güclü "arxası", tanışları var. Oteldə qumar oynayanlara rahat qulluq edin. Namiq otelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq", - deyə onlar bildirib.

Otelin sahibi Namiq isə ifadəsində "Şah" otelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib: "Həmin oyunçuların orada qumar oynamısını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivini düzgün seçməmişəm".

Məhkəmə oteldə qumarın təşkil təşkilatçısı kimi ofisant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib.

Otelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hər iki şəxs cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib.

Xəbər 2524 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +