Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video


27.04.2021  16:12 

Gürcüstan parlamentinin yeni sədri seçildi





A+  A-

“Gürcü arzusu - demokratik Gürcüstan” partiyasının təmsilçisi Kaxa Kuçava bu gün keçirilən parlament səsverməsində 86 lehinə və 6 əleyhinə səslə parlamentin sədri seçilib.
XəzərNews.az xəbər verir ki, yeni sədrin seçilməsinə Arçil Talakvadzenin vəzifəsindən istefa verməsindən sonra zərurət yaranıb.

Sədr postuna yeganə namizəd olan Kuçava bütün partiyadaşlarının və müxalifətin bir hissəsinin dəstəyini ala bilib.

“Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Əminəm ki, bu gün Gürcüstan parlamentində yeni bir mərhələ başlayır. Çoxpartiyalı bir parlament meydana gəlib, seçicilərin səsləri tam şəkildə təmsil olunub və eşidiləcək. Mən də öz tərəfimdən tarazlığı qoruyacağam və parlamentdəki demokratik proseslərə sizinlə töhfə verəcəm”,-deyə Kuçava vurğulayıb.

Qeyd edək ki, K. Kuçava 2016-cı ildə Gürcüstan parlamentinin üzvü olub və 2020-ci il seçkilərində yenidən seçilib. Bundan əvvəl o, “Georgia copperand gold” geoloji şirkətinin Baş direktoru, “Qafqaz mineral suları”nın Baş direktoru vəzifələrində çalışıb.



Xəbər 1719 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +