“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


05.10.2020  10:21 

“Dağıntılar altından bir uşaq əli ayağımdan tutdu, qızım idi”





A+  A-

Türkiyənin Anadolu Agentliyi (AA) Azərbaycanın cəbhə bölgəsindən daha bir reportaj hazırlayıb.
XəzərNews.az xəbər verir ki, agentlik Ermənistan ordusunun mülki vətəndaşlara hücum etdiyini, xeyli sayda yaralıların olduğunu qeyd edib. Bildirilib ki, Beyləqan şəhəri və ətraf kəndlər hədəf seçilib və raket atəşinə məruz qalıb.

Ötən gün hücum nəticəsində Beyləqan şəhər sakini Mayis Məmmədovun evi tamamilə uçub, xanımı, qızı və evində qonaq olan iki uşaq olmaqla ümumilikdə 5 nəfər dağıntılar altında qalıb.

AA müxbirinə danışan Məmmədov ailəsinin möcüzəvi şəkildə sağ qaldığını söyləyib. Qonşusu ilə birlikdə şiddətli partlayış səsi eşitdiklərini, tez evə qayıdaraq kədərli mənzərə ilə qarşılaşdıqlarını bildirib:

“Bir uşaq əli ayağımdan tutdu. Dağıntılar altında qalmışdı, tək əli görünürdü. Qızım olduğunu başa düşdüm. Həmin an əllərimlə qazmağa başladım. Sıra-sıra hamısını dağıntılar altından çıxardıq. Xanımımı, qızımı, 3 qonağı xilas etdik. Bizi bununla qorxutmayacaqlar. Vətən sağ olsun. Ermənistanın etdiyi namərdlikdir. Belə 100 ev şəhidimizə, əsgərimizə fəda olsun”.






Xəbər 2657 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +