“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


05.10.2020  08:32 

Rəsmi Ankaradan Gəncənin atəşə tutulmasına reaksiya





A+  A-

Ankarada Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulmasını qətiyyətlə pisləyiblər.
XəzərNews.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Bu cür hücumlar (Gəncənin raket atəşinə tutulması – red.) Ermənistanın gücsüzlüyünün və insanlığa qarşı cinayətlərə hazırlığının göstəricisidir”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin xarici siyasət idarəsində vurğulanıb ki, Ermənistan regionda sülh və sabitlik yolunda ən böyük maneə olaraq qalır. Qeyd olunub ki, Gəncənin dinc əhalisinin raket atəşinə tutulması Yerevanın beynəlxalq hüquq normalarına biganəliyini bir daha göstərdi.

“Döyüş sahəsindəki məğlubiyyəti fonunda Ermənistan beynəlxalq hüquq normalarına, o cümlədən, mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymur. Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Əminik ki, Bakı Ermənistanın təxribatlarına uymayacaq və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri çərçivəsində özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək. Türkiyə Azərbaycanın dinc əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyir”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.



Xəbər 2520 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +