Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.01.2023  10:24 

Masallıda oğurluq edən dəstə saxlanıldı





A+  A-

Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 1032 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +