Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


21.08.2020  14:07 

“Navalnıy zəhərlənməyib”





A+  A-

Həkimlər rus müxalif siyasətçi Aleksey Navalnıyın analizlərində heç bir zəhər tapmayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib.

“Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”,- deyə Kaliniçenko qeyd edib. Həkim onu da əlavə edib ki, Moskvadakı həmkarları ilə aparılan araşdırmalar və məsləhətləşmələr nəticəsində siyasətçinin zəhərlənmədiyi qənaətinə gəliblər.

Kaliniçenko Omsk həkimlərinin və Moskvadakı həmkarlarının köməyi ilə Navalnıya diaqnoz qoya bildiklərini, ancaq bunu açıqlaya bilməyəcəklərini qeyd edib:

“Müalicə nəticəsində tam bir diaqnoz qoyduq. Təəssüf ki, bunu sizə deyə bilmərəm, ancaq həyat yoldaşının və qardaşının diqqətinə çatdırılıb”.

O, müxalifətçinin vəziyyətinin hələ də qeyri-stabil olduğunu və bu vəziyyətdə onun daşınmasının məqsədəuyğun olmadığını bildirib.

Xəbər 1985 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +