Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.08.2020  17:49 

“Belə bir təhdid Gəncənin vurulacağı ilə bağlı yayılıb”





A+  A-

“Təcavüzkar Ermənistan Azərbaycana qarşı hədə və təhdidlərini davam etdirir. Son günlər, belə bir təhdid Azərbaycanın tarixi şəhəri Gəncənin vurulacağı ilə bağlı yayılıb. Ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə səsləndirilən bu bəyanat Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, azərbaycanofobiyanın növbəti təzahürüdür”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, Gəncə kimi qədim tarixə malik, dünya mədəni irsində xüsusi yeri olan şəhərin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir.

“Bu bir daha onu göstərir ki, Ermənistan terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu gün də həmin xətti israrla davam etdirir. Son günlərdə yayılmış Ermənistanın milli təhlükəsizlik strategiyası sənədində də bu öz təsdiqini tapıb. Bəşəriyyət tarixində mühüm rolu olmuş qədim sivilizasiyanın məhv olmasına sevinən Ermənistan rəhbərliyindən ayrı nəsə gözləmək mənasızdır. İşğalçı Ermənistan dağıtdığı, məhv etdiyi həyat və irsimiz üzərində də öz “rifahını” qurmağa çalışır. Bir tərəfdən Gəncənin mülki əhalisini qırğına məruz qoymaqla təhdid edən bu ölkə, digər tərəfdən işğal etdiyi ərazilərimizdə yaşayan “mülki əhalinin qorunması” üçün yeraltı sığınacaqlar tikir. Bu onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır. Biz münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icma ilə bərabər ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birlikdə yaşamasını dəstəkləyirik”.

Xəbər 2261 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +