Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.04.2019  11:43 

“Space”in məhkəməsinin vaxtı açıqlandı - Söyüş videosuna görə





A+  A-

“Space” televiziyasında “Hər səhər” verilişində canlı yayımda əməkdaş artisr Rəşad İlyasovla müğənni Rüfət Axundovun söyüşlü mahnı oxumasına görə Milli Televiziya və Radio Şurasının müraciəti əsasında məhkəmə başlayır.
XəzərNews.az-ın verdiyi xəbərə görə, MTRŞ bu hadisə barədə İzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması; yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) protokol tərtib edərək məhkəməyə müraciət edib.

Protokola aprelin 24-də hakim Günel Əkbərlinin sədrliyi ilə baxılıb qərar veriləcək.

Qeyd edək ki, məhkəmə MTRŞ-nin müraciətini təmin edərsə, “Space” TV-ni beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə gözləyir.

Xəbər 1706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +