“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


30.10.2018  10:56 

“Hər hansı siqnal böyük təhlükənin xəbərdarlığı ola bilər”





A+  A-

“Dünyada 260 mindən çox beynəlxalq miqrantın olması problemdir. Bu problemin həlli də çoxtərəfli yanaşma tələb edir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Vüseynov parlamentdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

O bildirib ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkanlar yaradır.

“Qanunsuz miqrant qaçaqmalçılğı dediyim anlayış bu gün dünyada bir reallıqdır. Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınların olmasını görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının almasına səy göstəririk”.

Xidmət rəisi bildirib ki, Azərbaycan bu sahə ilə bağlı bütün beynəxlaq sənədlərə, konvensiyalara qoşulub.

“Bu istiqamətdə qanunverciiliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün bizim həm cinayət, həm miqrasiya qanunveriliyimiz təkmilləşdirilib. Eyni zamanda ölkə başçısının fərman və sərəncamları da imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. Bu gün ölkəmizdə iki əsas qurum bu prosesdə iştirak edir. Daxili İşlər Nazirliyi və Miqrasiya Xidməti. Bundan əlavə digər qurumların da bu işdə birgə iştirakı vacibdir”.

V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkədə olan miqrasiya proseslərinə tənzimləməni həyata keçirməkdir.

“Ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Xoş bir haldır ki, statistik rəqəmlərə baxsaq, ölkəmizdə bu rəqəmlərin miqyası geniş deyil. Ancaq hesab edirəm ki, bu elə bir məsələdir ki, burada hər hansı bir siqnal böyük təhlükənin xəbərdarlığı ola bilər”.

Xəbər 1804 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +