Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.10.2018  22:21 

Saakaşvili orduya və polisə müraciət etdi: “Xalqa müdaxilə etməyin“ + VİDEO





A+  A-

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb. Nəticələrə görə, Mixail Saakaşvilinin namizədi liderdir.
XəzərNews.az-ın “Report”a istinadən xəbərinə görə, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

"Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

"Exit-poll"u “Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

Qeyd edək ki, Mixail Saakaşvili orduya və polisə müraciət edib. O müraciətində bildirib ki, əgər saxtakarlıq olsa gürcü xalqı meydanlara töküləcək. Saakşavili polisdən və ordudan xahiş edirik ki, xalqa müdaxilə etməsin: "Biz sülh yolu ilə ikinci turun keçirilməsinin tərəfdarıyıq".




Xəbər 1336 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +