Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.06.2017  16:23 

Qadınlar niyə narkoman olur?





A+  A-

Hazırda 14-17 yaşlı 5 uşaq toksikoman kimi qeydiyyatdadır. Amma müşahidələr göstərir ki, narkotik istifadəçiləri və toksikomanların yaşı getdikcə cavanlaşır.
XəzərNews.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini, professor Bilal Əsədov deyib. B.Əsədov qeyd edib ki, narkoman kimi rəsmi qeydiyyata alınanların arasında azyaşlı yoxdur. "Uşaqlar yapışqan, benzin və bu kimi digər zərərli maddələri iyləyirlər. Onlar güclü narkoloji təsir edən dərmanlar qəbul ediblər. Bizim əsas istiqamətimiz profilaktik tədbirlərdir, çünki hər bir xəstəliyin qarşısının alınması onun müalicəsindən daha səmərəlidir", - B.Əsədov əlavə edib.

Direktor müavini deyib ki, Səhiyyə, Təhsil nazirliklərinin, Respublika Narkoloji Mərkəzin təşəbbüsü ilə bütün müəssisələrdə, məsələn, orta məktəblərdə tədbirlər keçirilir: "Çalışırıq ki, şagirdlərə, yeniyetmələrə narkomaniyanın zərərlərini çatdıraq. Bilsinlər ki, narkomaniyaya düçar olmaq asandır, amma bundan müalicə olunmaq çətindir".

Qadınlara gəldikdə isə, B.Əsədov son illər narkotikdən istifadə edən qadınların sayının artdığını təsdiqləyib: "Qadınların bəzisi həyat yoldaşı tərəfindən cəlb edilib, yəni həyat yoldaşı onları bu bəlaya düçar edib. Bəziləri isə stressdən narkotikdən istifadə etdiyini söyləyir".

B.Əsədov əlavə edib ki, narkotik istifadəçiləri arasında cənub bölgəsindən, Bakı və Sumqayıtdan gələnlər üstünlük təşkil edir.

Xəbər 1546 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +