Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.06.2017  14:39 

Fondun direktoru belə seçiləcək





A+  A-

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi, səlahiyyətlərinin həyata keçirilməsi, eləcə də icraçı direktorun vəzifəyə təyin edilməsi və azad edilməsi təklif olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin siğortalanması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanun layihəsi qəbul olunacağı təqdirdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsinin daxil edilməsi təklif olunur.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.

Mövcud qanunvericiliyə görə indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirirdisə, təklif olunan dəyişikliklər qəbul olunacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.

Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, dəyişiklik qəbul ediləcəyi təqdirdə bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər 1617 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +