Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.10.2022  10:20 

Nazirlik əməliyyat keçirdi, saxlanılanlar var





A+  A-

Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan həmin şəxslərdən 8 kiloqramdan artıq narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xassəyə malik həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan Rayon sakini Ayaz Əliyev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bükümlərdə qablaşdırılmış 5 kiloqram 710 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd narkotik metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxslər sözügedən narkotik vasitələri xaricdə yaşayan narkotik vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.

Faktla bağlı Biləsuvar RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1036 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +