Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


23.09.2021  19:00 

30 məktəbə yeni direktor təyin edildi





A+  A-

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib.
Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.

Adaptasiya proqramı çərçivəsində “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.

Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 36 baldan daha çox olan namizədlər dəvət olunacaq.

Xəbər 2405 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +