Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


19.07.2019  18:16 

İstirahət günlərində hava necə olacaq?





A+  A-

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Bakıda isə yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər 1525 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +