Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.05.2019  09:17 

“Özlərini dolandıra bilmirlər, qızları necə oxutsunlar?”





A+  A-

Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, müəyyən sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən C.Əsgərov adına tam orta məktəbin direktoru Bəycan Mürşüdov 9-cu sinifdən sonra qızların təhsillərini davam etdirmədiyini bildirib:

"Valideynlərin qızları oxumağa qoymaması ilə bağlı deyilənlər yalandır Hazırda məktəbimizdə 95 qız təhsil alır. 9-cu sinifə qədər təhsil məcburidir. Amma 10-11-ci siniflərdə tədris könüllü olduğu üçün qız şagirdlərinin sayı azdır. Yuxarı siniflərdə hər qrupda 3-4 qız var. Kənd yeridir iş yoxdur. Özlərini dolandıra bilmirlər, qızlarını necə oxutdursunlar? Onun əyninə, başına, geyinməyinə pul lazımdır. 9-10-cu sinifdən çıxıb, texnikoma gedən qız şagirdlər də var. Keçən il yuxarı siniflərdə 7 qız var idi. Onlardan 6-sı ali məktəbə qəbul oldu. Ən yüksək 582 balla Qaybalıyeva İlahə Daşdəmir qızı İqtisad Universitetinə qəbul oldu."

Xəbər 1431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +