Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.05.2019  17:08 

“Kamillik” İB Şuranın dəstəyi ilə silsilə tədbirlər keçirəcək





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsinə başlayır.
İB-dən XzəərNews.az-a verilən məlumata görə, layihə yeniyetmə və gəncləri yad ideologiyaların təsirindən qorumaq üçün onlara azərbaycançılıq ideologiyasının aşılanması, bu ideologiyanın qədim ənənələrə dayanması və multikultural mədəniyyətə söykənməsi haqda məlumatlar verilməsindən bəhs edir.

Layihənin məqsədi qədim tarix və mədəniyyətimiz, dövlətçilik ənənələrimiz üzərində formalaşan dəyərlərin qorunmasına dəstək vermək, gənc nəslə azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində məktəblilərə, tələbələrə və digər kateqoriyadan olan ölkə vətəndaşlarına Azərbaycan hökumətinin bu istiqamətdəki fəaliyyətini təbliğ etmək, savadlı, sağlam ruhlu gəncliyin formalaşmasını stimullaşdırmaq, gənc nəslin bu ideologiyanı mənimsəmələri üçün maarifləndirici tədbirlər, aksiyalar, müzakirələrin keçirilməsini təmin etməkdir.

İB bu istiqamətdə Astara, Cəlilabad və Bakıda silsilə tədbirlər keçirəcək.

Xəbər 1280 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +