Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.01.2019  22:38 

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər





A+  A-

Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər.
XəzərNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu bu gün keçiriln mətbuat konfransında bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq verilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər: "Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir.

Xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Şükürlər olsun ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu hadisə onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, əlaqəli şəkildə işləri düzgün qururlar. Təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlər müntəzəm olaraq mətbuatda işıqlandırılır".

Xəbər 1304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +