Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.11.2018  13:11 

Kiyevdə Maestro Vladimir Qrişkonun "Tı moya melodiya" adlı konsertində Bayraq günümüz qeyd olunub





A+  A-

Azərbaycan Respublikasının Dövlət Bayraq günü Ukraynanın Kiyev şəhərində möhtəşəm konsert proqramı ilə qeyd olunub.
XəzərNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun da dəstək verdiyi konsert Kiyev Opera Teatrında baş tutub. Konsertdə Ukraynanın vilayətlərində yaşayan azərbaycanlılar da iştirak ediblər. Ukraynanın tanınmış müğənnisi, xalq artisti, dünya şöhrətli maestro Qrişkonun iştirakı ilə keçirilən konsertə bütün biletlər həmyerlilərimiz və Kiyev şəhər sakinləri tərəfindən alınıb, iştirakçılar üçün nəzərədə tutulan yerlər tam dolub. Konsertin açılışında Qrişko Azərbaycanlıları bayraq günü münasibətilə təbrik edib.

Konsert M. Maqomayevin “Ey əziz anam Azərbaycan” musiqisi ilə başlayıb. Nəzərə çatdıraq ki, bu konsert maestro Qrişkonun Müslüm Maqomayevin xatirəsinə həsr etdiyi 30-cu yubiley konserti idi. Tədbirdə həmçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edib. H.Cavadov çıxışında Ukrayna Azərbaycan münasibətlərindən danışıb, Ukraynanın müxtəlif əyalətlərində və Kiyevdə yaşayan azərbaycanlıları təbrik edib.

Qeyd edək ki, maestro V. Qrişko Ukraynada Azərbaycan diasporunun yaxın dostlarından biridir.




Xəbər 1690 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +