Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.03.2018  09:07 

Bu bazarda alıcıları aldadırlar - VİDEO





A+  A-

Taxta bazarında alıcılar açıq-aydın aldadılır. Məsələn, 5-lik adından satılan taxtanın faktiki ölçüsü bundan 2 millimetr azdır.
XəzərNews.az XəzərXəbər-ə istinadən bildirir ki, satış üçün reklam edilən ölçü ilə faktiki ölçü düz gəlmir. Bu hala taxta bazarlarında tez-tez rast gəlinir. Taxta satışı mərkəzlərində müştərilərin ölçü məsələsində aldadılması adi hal alıb. Hər bir taxtanın ölçüsündə alıcı 1-2 millimetr aldadılır. Satıcılar isə bu materialın xaricdən gətirildiyini və ölçü ilə bağlı problemin də mənbə ölkədən qaynaqlandığını deyirlər. Onların sözlərinə görə, əvvəllər ölçüləri standartlarda olduğu kimi gətirilirdi. İndi isə demək olar ki, satılan hər taxtada ölçü fərqi var. Ölçülərdə yaranan fərqin əsas səbəbi kimi isə taxtanın quruması göstərilir.

Bununla belə, satıcılar taxtanı kubla satdıqlarını və bu halda alıcının aldadılmasından söhbət getmədiyini iddia edirlər. Maraqlıdır ki, alıcılar da artıq bu vəziyyətə öyrəşiblər. Onlar uzun müddətdir ölçülərin dəyişdiyini, bazarda standart ölçülü taxta tapmağın müşkülə çevrildiyini deyirlər.


Xəbər 1475 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +