Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi
Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib


22.05.2018  09:15 

Maşın idxalı sürətlə artır, amma qiymətlər...





A+  A-

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan ötən ilə nisbətən 5,5 dəfə daha çox avtomobil idxal edib.
XəzərNews.az Xezerxeber.az-a istinadən bildirir ki, bu, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb. Məlumatda qeyd olunur ki, idxal olunmuş avtomobillərin sayı 4 ay ərzində 1995 olub. İdxal olunan avtomobillərin ümumi dəyəri isə 36 mln. 778,7 min dollar təşkil edib.

Maraqlısı budur ki, avtomobil idxalı artsa da, onların qiymətlərində ciddi ucuzlaşma nəzərə çarpmır. Avtomobil salonlarından bildirirlər ki, maşın idxalının artmasına baxmayaraq, satışda durğunluq yaşanır.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, avtomobillərin idxalında ötən illə müqayisədə artım olsa da, ümumilikdə elə də böyük rəqəmi ifadə etmir. İdxal edilən avtomobillərin çoxu isə yeni avtomobillərdi və bu maşınların qiymətində yaxın zamanlarda ciddi ucuzlaşma gözlənilmir.

Vüqar Bayramov bildirir ki, qiymət azalması gözlənilir. Ancaq bu, yalnız köhnə avtomobillərin satışında ola bilər.

Onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min avtomobil idxal olunub. Ancaq bu rəqəm son illər dəfələrlə azalaraq bir neçə minə qədər azalıb.


Xəbər 1768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +