Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


02.06.2021  16:43 

Yerevanda Rusiya səfirliyi önündə izdihamlı aksiya keçirilirdi





A+  A-

İtkin düşmüş və əsir götürülmüş erməni hərbçilərinin valideynləri oğullarının vətənlərinə qayıtmalarına kömək etməsi üçün Rusiyanın Ermənistandakı səfirliyinin binasına toplaşıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçılar ümid edirlər ki, Rusiya hakimiyyəti Bakıya təsir göstərəcək və övladlarının qayıtmasına nail olacaq:

“Bakını məhbusları geri qaytarmağa məcbur edəcək heç bir təşkilat yoxdur. Üstəlik AŞPA-nın qəbul etdiyi qətnamədən sonra Azərbaycan tərəfi daha altı nəfəri əsir götürdü. Adı çəkilən altı nəfər də daxil olmaqla, hərbi əsirlərin valideynləri adından Rusiya rəhbərliyini onların geri qaytarılmasına kömək etməyə çağırırıq. Uşaqlarımızı geri qaytara biləcək başqa bir qüvvə yoxdur”.

Qeyd edək ki, sərhəddəki vəziyyətlə bağlı Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar Moskvada keçiriləcək. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr müzakirə olunacaq.

Xəbər 2100 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +