Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.02.2021  22:28 

“Njdeyə Qarabağda heykəl qoyulması təxribatdır” - Kalaşnikov





A+  A-

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov Xocavənddə erməni əsilli faşist Qaregin Njdeyə heykəl qoyulmasını təxribat adlandırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, “Moskva-Bakı” portalına danışıb:

“Məsələ burasındadır ki, rusiyalı sülhməramlıların öz öhdəlikləri var və onlar bundan kənara çıxa bilmirlər. Deməli, ərazidə hansısa abidənin ortaya çıxması məsələsi onların səlahiyyətlərinə aid deyil. Təəssüf ki, bəzi təxribatçılar bu cür abidələr ucaldır, digərləri isə qarşı tərəfin hər hansısa formada əsəbi reaksiya göstərəcəyini gözləyərək təbliğat şousu qururlar.Sözsüz ki, belə təxribatçılardan hələ çox olacaq. Onlar Rusiyada da var. Njdenin abidəsinin ucaldılması millətçiliyə, millətçi mübarizəyə işarə vurmaqdır...”.

Kalaşnikov xatırladıb ki, vaxtilə Njdeyə Krasnodar vilayətində də qanunsuz heykəl qoyulmuşdu:

“Məlum olmuşdu ki, abidə qanunsuz, yerli icranın razılığı olmadan ucaldılıb. Bu faktı öyrənəndə problemlə şəxsən məşğul oldum, sorğular göndərdim və yerli yoldaşlarla birlikdə onun sökülməsinə nail olduq.

Bu səbəbdən, düşünürəm ki, Qarabağdakı bu abidənin ucaldılması təxribatdır. Gec, ya tez söküləcək. Belə təxribatlar vəziyyətin düzəlməsinə kömək etmir, əksinə pisləşdirir. Bölgədə yaxşılaşmağa başlayan sülhü pozmaq mümkün deyil”.

Xəbər 2642 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +